“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Musayeva Aygün Musa qızı

Doğum tarixi

1968: anadan olmuşdur.


Təhsil

1987: M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur.

1992: Həmin institutun rus dili və ədəbiyyat ixtisası üzrə təhsilini başa vurmuş və 22 iyun 1992-ci il tarixli qərarla rus dili və ədəbiyyat müəllimi ixtisası verilmişdir.

2004–2005: Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almışdır.

2006: Azərbaycan İnstitutunda rus dili və ədəbiyyatı üzrə ixtisasartırma kursunu bitirmişdir.

2019–2025: Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müxtəlif təlim və kurslarda iştirak etmişdir.

Karyera

1992: Oktyabr ayında Bakı Dövlət Rabitə Texnikumuna (indiki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) rus dili və ədəbiyyat müəllimi vəzifəsinə qəbul olunmuşdur.

2019: Əməyin mühafizəsi üzrə kolleclər arasında 1-ci yerə çıxmışdır.

2021: Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Komissiya üzvlərinin səsverməsi ilə təkrar həmkarlar təşkilatının sədri vəzifəsinə seçilmişdir.

Həmkarlar İttifaqı Komitəsi tərəfindən dəfələrlə Fəxri Fərmanlar və “Yubiley döş nişanı” ilə təltif olunmuşdur.

2023: Orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Xarici dildə işgüzar və akademik kommunikasiya” (Rus dili) fənnindən dərslik tərtib etmişdir.

Hal-hazırda: Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində rus dili müəllimi və həmkarlar təşkilatının sədri kimi çalışır.


Xarici dillər

İngilis dili

Rus dili.


Ailəlidir, 2 övladı var.