Haqqımızda

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsidir. Kollecin əsası 1931- ci ildə mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazasında təşkil olunmuşdur. Sonradan keçmiş SSR-i Rabitə Nazirliyinin 157 saylı 02.04.1991- ci il tarixli əmrinə əsasən Bakı Rabitə Kolleci yaradılmışdır.
Bakı Rabitə Kolleci və Bakı Dəmiryolu Texnikumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il 140 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 786 saylı əmrlərinə əsasən birləşdirilərək Bakı Rabitə Kollecinin bazasında Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Həmkarlar İttifaqı Komitəsinin missiyası dayanıqlı sosial mühit, laiqli əmək və sağlam həyat tərzidir. Hədəfi isə təşəbbüslərin dəstəklənməsi, əməyin stimullaşdırılması, kollektiv münasibətlərin inkişafına töhfə və sosial dəstəklərin göstərilməsidir.

İttifaqın struktur genişliyi və üzv sayı
AzTU BDRNK Həmkarlar İttifaqı Komitəsinin faəliyyəti:


