Xəbərlər
Həmkarlar ittifaqı nədir?

Həmkarlar ittifaqı nədir?
Həmkarlar ittifaqı nədir?
Həmkarlar ittifaqı işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə könüllü birləşdiyi, nizamnamələri və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
* * *
Azərbaycan Respublikasında həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarından ibarətdir.
* * *
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər.
* * *
Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər.
* * *
Həmkarlar ittifaqı — birlik, təmsilçilik və hüquqların müdafiəsidir.
* * *
Mənbə: “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu
#Həmkarlarİttifaqı #ETİHİ
“Təhsil” İstirahət Mərkəzində təşkil olunan “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” tədbirində 700-ə yaxın tələbə ilə eyni məkanda olmaq, onların enerjisini, marağını və gələcəyə olan inamını hiss etmək mənim üçün çox dəyərli idi.
Dəvətimizi qəbul edib tələbələrimizlə bu görüşdə bir araya gələn dəyərli rektorlarımıza və qonaqlarımıza xüsusi təşəkkürümü bildirirəm. Sizin tələbələrlə birbaşa ünsiyyətiniz onlar üçün böyük motivasiya oldu.
Əziz gənclər, biz hər zaman sizin yanınızda olmağa, sizə yeni imkanlar yaratmağa və tələbəlik illərinizi daha yaddaqalan etməyə çalışacağıq.
İnanıram ki, bu düşərgədən hər biriniz özünüzlə gözəl xatirələr, yeni dostluqlar və xoş anlar aparacaqsınız.
ETİHİ Respublika Komitəsi tərəfindən avqust ayında ittifaq üzvlərinə təqdim edilən sanatoriya-kurort müalicəsi və istirahət yollayışlarından ailə üzvləri də daxil olmaqla ümumilikdə 7 674 nəfər yararlanıb.

ETİHİ Respublika Komitəsi tərəfindən avqust ayında ittifaq üzvlərinə təqdim edilən sanatoriya-kurort müalicəsi və istirahət yollayışlarından ailə üzvləri də daxil olmaqla ümumilikdə 7 674 nəfər yararlanıb.
ETİHİ Respublika Komitəsi tərəfindən avqust ayında ittifaq üzvlərinə təqdim edilən sanatoriya-kurort müalicəsi və istirahət yollayışlarından ailə üzvləri də daxil olmaqla ümumilikdə 7 674 nəfər yararlanıb.
#ETİHİ #yollayış #AHİK
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində müəllimlərin əməyi yüksək qiymətləndirildi

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində müəllimlərin əməyi yüksək qiymətləndirildi
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində müəllimlərin əməyi yüksək qiymətləndirildi
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində müəllim əməyinə verilən yüksək dəyərin daha bir nümunəsi olaraq təltifetmə mərasimi keçirilib. Tədbir kollecin direktoru Səbuhi Qurbanov və Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Musayevanın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində 65 illik yubileyini qeyd edən, uzunillik səmərəli pedaqoji fəaliyyəti ilə seçilən, eləcə də kollecin ictimai həyatında fəal iştirak edən müəllimlər təltif olunublar.
Çıxış zamanı müəllimlərin gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakar xidmətlər, təhsil sahəsində qazandıqları nailiyyətlər və kollecin inkişafına verdikləri töhfələr xüsusi vurğulanıb. Direktor Səbuhi Qurbanov müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci müəllim əməyinin dəyərləndirilməsini, onların sosial rifahının və peşəkar fəaliyyətinin dəstəklənməsini daim diqqət mərkəzində saxlayır və bu kimi tədbirlərlə müəllimlərə göstərilən ehtiramı davam etdirir.
Hörmətli Araz Paşayev! Doğum gününüz münasibətilə Sizi Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və kollektivi adından ürəkdən təbrik edirik!

Hörmətli Araz Paşayev! Doğum gününüz münasibətilə Sizi Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və kollektivi adından ürəkdən təbrik edirik!
Hörmətli Araz Paşayev!
Doğum gününüz münasibətilə Sizi Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və kollektivi adından ürəkdən təbrik edirik!
Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Təhsil sahəsinin inkişafı naminə həyata keçirdiyiniz dəyərli işlərin daim uğurla davam etməsini, şəxsi həyatınızda sevinc, xoşbəxtlik və firavanlıq diləyirik.
Doğum gününüz mübarək, yeni yaşınız Sizə xoş xatirələr, uğurlar və gözəl nailiyyətlər gətirsin!
28 May – Müstəqillik Günü münasibətilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədbir keçirilib.

28 May – Müstəqillik Günü münasibətilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədbir keçirilib.
28 May – Müstəqillik Günü münasibətilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tədbir keçirilib.
Tədbir direktorumuz Səbuhi müəllimin təşkilatçılığı ilə keçirilib. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim və tarix müəllimi Səidə müəllim çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyəti, xalqımızın müstəqillik uğrunda mübarizəsi və bu günün gələcək nəsillər üçün önəmi barədə məlumat veriblər.
Tədbirdə iştirak edənlər həm dövlətçilik, həm də milli-mənəvi dəyərlərin önəmi barədə geniş məlumat əldə ediblər.
Kollecimizdə Azərbaycan tibb elminin parlaq siması, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə xatirə tədbiri təşkil olundu.

Kollecimizdə Azərbaycan tibb elminin parlaq siması, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə xatirə tədbiri təşkil olundu.
Kollecimizdə Azərbaycan tibb elminin parlaq siması, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə xatirə tədbiri təşkil olundu.
Tədbirdə kollecin direktoru Səbuhi müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini Şahmurad müəllim və tarix müəllimi Səidə xanım çıxış edərək Zərifə xanımın şərəfli ömür yolundan, onun Azərbaycan tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs etdilər.
Şabranın qədim tarixinə baxış: Erkən Tunc dövrü 🏺

Şabranın qədim tarixinə baxış: Erkən Tunc dövrü 🏺
Şabranın qədim tarixinə baxış: Erkən Tunc dövrü 🏺
Bu gün tariximizi daha dərindən öyrənmək və gənc nəsli məlumatlandırmaq məqsədilə növbəti maraqlı tədbirimiz baş tutdu. Səidə Quliyevanın moderatorluğu ilə keçirilən görüşdə Şabran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova qonağımız oldu.
✅ Tədbirin əsas mövzusu: “Şabran erkən tunc dövrü”
✅ Məqsəd: Tələbələrin regionun arxeoloji irsi və qədim mədəniyyəti haqqında biliklərini artırmaq.
Bəsti xanım öz geniş təcrübəsi ilə Şabranın o dövrə aid nadir tapıntıları və tarixi əhəmiyyəti barədə tələbələri ətraflı məlumatlandırdı. Tariximizi tanımaq və tanıtmaq hər birimizin borcudur!
#Şabran #Tarix #Arxeologiya #TuncDövrü #Tələbə
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etmişdir. Çıxış edənlər Azərbaycan qadınının cəmiyyətimizdə, ailədə, elmdə və təhsildə mühüm rolundan bəhs etmiş, qadınların dövlətimizin inkişafına verdiyi töhfələri xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan qadını hər zaman öz zəkası, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Tədbir zamanı kollecin qadın müəllim və əməkdaşları təbrik edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulanmışdır. Sonda kollecin qadın əməkdaşlarına və tələbələrinə bayram münasibətilə xoş arzular çatdırılmışdır. 8 Mart – Beynəlxalq Qadınlar Gününüz mübarək
Həmkarlar ittifaqı təqaüdü verildi



